Autolux Azərbaycan Jeep® sahiblərini 14-15 oktyabr tarixlərində baş tutacaq 2 günlük macəraya dəvət edir! Böyük Qafqaz dağ silsiləsi boyunca Jeep® avtomobilləri ilə səyahət edib, gəzilməmiş yollarla vətənimizin gözəl guşələrini, möhtəşəm mənzərələrini seyr edəcəksiniz. Bunun üçün isə www.jeeptour2017.az saytına daxil olub qeydiyyatdan keçməlisiniz. #Jeeptour2017 saytında qeydiyyatdan keçmiş Jeep® sahibləri öz yolsuzluq avtomobilləri ilə Bakı – Quba marşrutu üzrə keçirilən avtomarafona qoşulmaq imkanını əldə edəcəklər. Onlar Bakıdan ölkəmizin ən gözəl guşələrindən biri olan Qala Xudata və geriyə səfər edəcəklər.

Turun proqramı.
Qala Xudatda qurulmuş düşərgədə iştirakçılara istirahət imkanı, dadlı təamlar və əyləncə proqramı təmin ediləcəkdir. İstirahətdən sonra iştirakçılar peşəkar bələdçilərin və alpinistlərin dəstəyi ilə dağ zirvəsinə qalxmaq imkanını əldə edəcəklər. Bundan sonra onlar düşərgəyə qayıdaraq tonqal ətrafında axşam proqramından həzz alacaqlar və növbəti gün, səhər yeməyindən sonra geriyə - Bakıya yola düşəcəklər. 

www.jeeptour2017.az saytında qeydiyyatdan keçin və həyatınızın ən maraqlı macərasına qatılmaq şansını əldən verməyin!

Son Qeydiyyat tarixi 01.10.2017

Daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa (012) 983 nömrəsiylə əlaqə saxlayardınız.


Baxış sayı: 1446