Azərbaycanda ilk rəsmi avtomobil idxalçılardan biri - "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılmışdır və onun əsas fəaliyyəti premium sinfli avtomoboillərlə bağlıdır. 2015-ci ildən etibarən "İmprotex Motors" şirkəti hal-hazırda BMW AG-nin tərkib hissəsi olan Britaniyanın dünya şöhrətli MINI brendinin Azərbaycandakı rəsmi və eksklyuziv idxalçısıdır.  


18 iyul tarixində İmprotex Motors" şirkəti MINI sərgi-satış salonunda təntənli surətdə brend müştərilərinə və dostlarına MINI model sırasının yeniliyini - COUNTRYMAN modelini təqdim etdi. Təqdimat yeri tanınmış britaniya brendinin ənənəvi üslubunda bəzədilmişdir.


Təqdimatın əvvəlində İmprotex Motors" şirkətinin Baş Direktorunun birinci müavini Bayram Yaqubov iştirak edən qonaqları salamladı. O, MINI brendinin Azərbaycanda yolu və gələcək perspektivləri barədə danışdı.

 

Yeni MINI Countryman - hər bir şəraitdə sükan arxasında zövq :

İkinci nəsl MINI Countryman modelini təqdim edərək əfsanəvi britaniya markası yığcam avtomobil sinfində fəal irəliləyişini davam edir. Yeni MINI Countryman – 57 illik MINI marka tarixinin ən böyük və ən universal modelidir. Tamamilə yeni avtomobilin daha da artmiş tutum imkanı, idman hasiyyəti və premium səviyyəyə məxsus xarici görünüşü ilə həyacanlandırır.      

Avtomobilin manevr etmə qabiliyyətinə və dinamikasına görə tayı-bərabəri yoxdur.  Bütövlükdə yenidən işlənmiş ALL4 tam ötürmə sistemi sükan arxasındakı zövqü həm asfaltlanmış yollarda həm də yolsuzluqda təmin edir. 


Avtomobil müəyyən dərəcədə daha iri ölçülü olmuş və onun tənzimləmə imkanları artmışdır.   Yeni MINI Countryman avtomobili sələfinə nisbətən təxminən 2 sm  daha uzun və 3 sm daha enlidir. Avtomobilin çarx bazası 7,5 sm böyümüşdür.  Avtomobildə beş tam ölçülü oturacaq yeri mövcuddur. Oturacaqların yüksəlmiş mövqesi optimal görünmə dərəcəsini və sükan arxasında misilsiz hissiyəti təmin edir. Dal oturacaqları uzunlamasına 13 sm-dək tənzinləmək mümkündür.   Dal oturacağın söykənəcəyi isə hissə-hissə 40:20:40 nisbində quraşdırıla bilər. Bundan başqa dal oturacaqları daha da rahat etmək və yük yerinin tutumunu əlavə artırmaq məqsədi ilə söykənəcəyin əyilmə küncünü də tənzimləmək olar. Yük yerinin həcmi 450 litrdir, ehtiyac yarandıqda isə onu 1390 litrədək artırmaq mümkündür. Əvvəlki modellə müqayisə etdikdə yük yerinin marsimal həcmi 220 litr böyümüşdür.  Əlavə təchizat siyahısına yük yerinin qapısının elektrik ötürücüsü daxildir. Rahat daxil olma funksiyası ilə birgə yük yerinin qapısının toxunuşsuz açılıb-bağlanması təklif olunur. Həmçinin yük yerindən qeyri-adi əlavə təchizat növü olan Picnic Bench iki nəfərlik xüsusi oturacaq paneli də açıla bilər.  

  

Ən müasir MINI Countryman avtomobilində bu modelə məxsus universallıq, dinamika, manevr etmə qabiliyyəti və premium səviyyəli xasiyyət açıq-aşkar gözə çarpır. Modelə aid xüsusi dam xətti, vertikal mövqeli dal fənarlar, radiaror barmaqlığın altıbucaqlı konturu və iri qabaq fənarlar son dərəcədə qabaqcıl inkişaf edilmişdir. Fənar konturu MINI brendinin səciyyəvi girdə formasından fərqlidir.

Əlavə təchizat kimi sürücü tərəfində yaddaş funksiyasının tənzimləmə düymələri daxil olmaqla qabaq oturacaqların elektrik ötürücüsü təklif edilir. Yeni MINI Countryman salonunun dal hissəsində üç tam ölçülü oturacaq yeri mövcuddur. Ayaq yeri sahəsinin mühüm dərəcədə artması da gözə çarpır. Əvvəliki modellə müqayisədə daha böyük dal qapı yerləri salona daha rahat daxil olma və  çıxma imkanı yaradır.

Avtomobilin təqdimat tarixinə ən son nəsl MINI TwinPower Turbo texnologiyalı 130 - 132 at gücünə malik benzin və dizel mühərriklər təklif olunur.


Yeni MINI Countryman avtomobilin əlavə təchizat siyahısına həmçinin Dynamic Damper Control adlı amortizator sərliyinin dinamik tənzimləyicisi də daxildir. Həmin tənzimləyicinin köməyi ilə qaz pedalının və sükan gücləndiricisinin xüsusiyyətləri dəyişdirilir, rahatlığı təmin edən funksiyalar və eyni zamanda mühərrikin akustikası və Steptronic tipli avtomatik sürət ötürmə qutusunun sürət ötmə alqoritmi müəyyənləşdirilir. Əlavə təchizatlı MINI Countryman taymeri eniş, qarlı yol və yolsuzluq kimi çətin yol şəraitində səyahət vaxtını qeyd edir. Bundan başqa parklama zamanı təhlükəli qəza məsafəsi barədə xəbərdar edən Park Distance Control siqnalizasiya sistemi, dal görünmə kamerası, parklama köməkçisi və proyeksiya displeyi də təklif edilir.  Əlavə təchizat qismində «MINI Yours Interior Styles» interyerin üç növ dizayner işləmə dəstini seçmək olar.  Həmin dizayner işləmə dəsti ölçü cihaszlar panellərini müxtəlif  dekorativ tərzdə işıqlandırmaqla onlararın xüsusi üslubunu vurğulayır.  

Yaxın gələcəkdə BMW AG şirkəti MINI model sırasını bir neçə model variantı ilə tamamlayacaq. 


Daha ətraflı məlumatı rəsmi MINI İdaxçısından əldə etmək olar: 

 “Improtex Motors” MMM

Ünvan: Ə. Əlizadə küç. 5, AZ1001, Bakı,

Satış üzrə Menecer : Elşən Məmmədov

Əl telefonu: (+994 50)  207 17 60

Instagram: mınıazerbaijan / improtexmotors

Facebook: MINI BAKU













Baxış sayı: 2428